Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Sizin kədəriniz bizim kədərimizdir!

0

  • Bu qışın arxasından mütləq Bahar gələcək!Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa Bahar üçün, sadəcə yarpaq tökdük!Birdir bizim hər halımız, Sevincimiz, məlalımız.Bayraqlarda hilalımızAzərbaycan - Türkiyə.Bu misraların kökü qərinələrə söykənən və dünya durduqca var olacaq Azərbaycan - Türkiyə qardaşlığının əbədi təsviridir.Bəli, həqiqətən də, “bir millət, iki dövlət “olan Azərbaycanla Türkiyənin sevinci də, kədəri də eynidir. Bizlər toy - bayramda, hər hansı uğurlar əldə edəndə sevindiyimiz kimi, hansısa itkilər, fəlakətlər baş verəndə də bir-birimizin kədərinə şərik oluruq.Fevralın 6-da Türkiyənin cənub - şərqində-Kahramanmaraş, Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa, Osmaniyədə baş verən zəlzələ iyirmi mindən çox insanın ölümünə, səksən mindən çox insanın yaralanmasına səbəb oldu.Bu, böyük və dəhşətli faciədir, tələfatın həddən artıq çox olacağı ilə bağlı mütəxəssislər olduqca pessimist proqnozlar verirlər.Hadisədən dərhal sonra fevralın 6-sı Cənab Prezident İlham Əliyev Türkiyə Prezidenti Cənab Ərdoğana başsağlığı ünvanladı.Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva zəlzələ ilə bağlı öz səhifəsində paylaşım etdi. Ölkə Prezidenti zəlzələnin ilk saatlarında Prezident Ərdoğana zəng edərək bu hadisənin bizi çox sarsıtdığını, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirdi. Fevralın 9-da Cənab Prezident Türkiyənin Azərbaycandakı Səfirliyinə gəldi, baş vermiş zəlzələ nəticəsində çox sayda insan həyatının itirməsi ilə bağlı başsağlığı verdi.Zəlzələnin ağır nəticələri hər kəsi sarsıdır. Ölkəmiz Türkiyənin bu dəhşətli kədərinə ilk reaksiya verən ölkə oldu. Əlbəttə, başqa cür də ola bilməzdi. Çünki Türkiyə bizim qardaşımız, hər zaman dərdimizəşərik olan ölkədir. Bütün sevincli, kədərli günlərdə bu iki ölkənin bir-birinin yanında olması artıq ənənə halını alıb.O yerdə ki, insan itkisi, ev-eşiyini itirən, ocağı dağıdılan, viranə qalan var, orada hər bir azərbaycanlının ürək ağrısı var. Çünki biz illərlə öz ata-baba yurdumuzdan didərgin düşmüşük, evlərimizdən zorla çıxarılmışıq, itkilər vermişik. Bunu bizdən yaxşı kim anlaya bilər?!Bu gün Azərbaycan dövləti əlindən gələn bütün işləri görür ki, Türkiyənin-türk xalqının ağrılarına məlhəm olsun. Azərbaycan Türkiyəyə həm mənəvi, həm də maddi yardımını göstərdi.Azərbaycanın ən böyük şirkəti olan SOCAR ilk dəqiqələrdən öz dəstəyini göstərdi. Bütün dövlət qurumları öz əməkdaşları ilə birlikdə qardaş Türk xalqının yanında oldu.Universitetlər, tələbələr, müəllimlər, bütün təhsil, səhiyyə ocaqları yardım kampaniyasına qoşuldular. Azərbaycan Qızıl Aypara Cəmiyyəti zəlzələnin ilk dəqiqələrindən etibarən “Səninləyəm Türkiyə”şüarı ilə yardım kampaniyası başlatdı. Bütün yardım fəaliyyətləri tək mərkəzdən idarə olunaraq daha mütəşəkkil şəkildə Türkiyəyə çatdırılmasına xidmət etməkdədir. Böyük könüllülər qrupu bir neçə gündür ki, Türkiyədədir. Azərbaycan xüsusi xilasetmə qüvvələrini Türkiyəyə - dağıntılar altında qalan insanların həyatını xilas etmək üçün göndərdi. Təyyarələrlə çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar göndərildi. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət təyyarələr qardaş ölkəyə yola salındı. FHN -in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı-4 funksional bölmədən - qəbul - çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən ibarət təyyarəsi dəstək üçün göndərildi. 8 fevral tarixindən etibarən Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyət göstərməkdədir. Ümumi cərrah, terapevt, qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi, neyrocərrahlar, anestezioloqlar, plastik cərrahlardan ibarət 20 nəfərlik hərbi tibb personalı hal-hazırda zəlzələ bölgəsindədir.Hadisə yerinə çatan kimi Türkiyədə olan həmkarları ilə birlikdə fəaliyyətə başlanıldı.Zərərçəkənlərə yardım məqsədilə “Qardaş köməyi” adlı platforma yaradıldı. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərilir. Yerli sahibkarlarımızın, vətəndaşlarımızın dəstəyi ilə isti geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən ibarət yardım TIR-lara yüklənərək qardaş ölkəyə yola düşüb.Azərbaycanın hər bir bölgəsində zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplanıb. Hər bir ailə- istər kasıb, istər imkanlı bu aksiyaya qoşulub. Kimisi qızdırıcı, yorğan - döşək, isti geyimlər, kimisi ərzaq, maddi yardımla öz köməyini göstərir.Azərbaycanın bütün bölgələri Türkiyəyə yardım üçün ayaq üstündədirlər. Havaların soyuq olmasına, küləyə, qarlı havaya baxmayaraq vətəndaşlarımız evlərində oturmadan, bir dəqiqə belə dayanmadan öz imkanlarını ilə yardımlar hazırlayır və yardım toplama məntəqələrinə yollayırlar. Bu gün Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı dünya üçün örnəkdir. Necə ki, bu barədə Cənab Prezident İlham Əliyev vurğulayıb: "Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir - birinə bu qədər yaxın olsun, belə arxa - dayaq dursun".Türkiyə dövlətinin zəlzələnin nəticələrinin aradan qaldırılması üçün həyata keçirdiyi çevik, ardıcıl addımlar bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün ən əsas mövzudur. Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq. Hər qurtarılan can sanki bizə dünyanı yenidən bəxş edir. Əminliklə deyə bilərəm ki, Türkiyə dövlət və xalq olaraq bu çətinliyin öhdəsindən gələcək və hər zamankı həyatına qaldığı yerdən davam edəcəkdir. Başın sağ olsun, Türkiyə, deyirik. Yanındayıq, Türkiyə, deyirik. Yanındayıq, atam, anam, bacım, qardaşım, oğlum, qızım, deyirik. Güclü ol, dayan, Türkiyə! Bu qışın arxasından Bahar mütləq gələcək! Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa Bahar üçün sadəcə yarpaq tökdük! Türkiyənin kədəri Azərbaycanın kədəridir. Allah bu faciədə həyatını itirən bütün türk bacı və qardaşlarımıza rəhmət eləsin, yaralananlara şəfa versin.Sevda Məmmədova,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib54 dəfə
    Sizin kədəriniz bizim kədərimizdir!

    Maraqlı gələ bilər
    137
    417